Paşinyan həm Qərbi, həm də Ermənistanı aldadıb – Rusiya ilə münasibətlərdə şok detal

0
80

“Qərblə Rusiya arasında qarşıdurma dərinləşdiyi halda, Cənubi Qafqazda da gərginliyin artması müşahidə olunur. Gürcüstan bəzi qüvvələrin ölkənin daxili siyasi həyatında nifaq salmaq cəhdlərinə baxmayaraq, iki böyük qlobal qüvvənin toqquşma zonasına düşməmək üçün hər cür cəhd edir. Əgər əvvəllər Gürcüstan özünü tamamilə qərbyönlü blokda görürdüsə, indi vəziyyət dəyişib və Tbilisi də ölkənin maraqlarını əsas götürərək, Moskva ilə xüsusən də iqtisadi sahədə sıx əməkdaşlıq edir və böyük fayda əldə edir”.

Bu barədə “Past” qəzeti yazır.

Azərbaycanın Avropaya qaz ixracını artırdığı, digər tərəfdən Rusiya qazının daxili tələbat üçün olması yanaşması çərçivəsində Rusiyadan idxal etdiyi qazın həcmini də çoxaltdığı qeyd olunub.

“Ancaq aydındır ki, Rusiya qazı Avropada asanlıqla peyda ola bilər. Bundan başqa, Türkiyə də artıq bölgədə geosiyasi oyunçudur. Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir, lakin bu, Moskvanın regionu tərk etməsi demək deyil. Bütün bunların fonunda Ermənistan-Rusiya münasibətləri problemli xarakter alır. Artıq uzun müddətdir ki, Ermənistan hakimiyyəti KTMT və Rusiyanı ittiham edir, digər gücləri, ilk növbədə, Qərbi regiona dəvət edir. Praktiki nöqteyi-nəzərdən Qərbin Cənubi Qafqazda mövcudluğu yoxdur, ancaq Türkiyə vasitəsilə öz maraqlarını irəli sürə bilər. Ermənistanın hazırkı hakimiyyətinin yeritdiyi siyasət Ermənistanın “forpostluğunun” qarşısının alınması çərçivəsində şərh olunur.

Rusiya tərəfinə qarşı ictimai şikayətlərə baxmayaraq, Ermənistan Rusiyanın rəhbərlik etdiyi iqtisadi strukturların, xüsusən də Aİİ-nin verdiyi iqtisadi imkanlardan yararlanmaqda davam edir. Aİİ mexanizmlərinin tətbiqi nəticəsində Ermənistan yüksək iqtisadi artımı təmin edir. Ermənistan hakimiyyəti də Avrasiya İqtisadi İttifaqının xüsusi iqtisadi əhəmiyyətini daim vurğulayaraq, onun siyasiləşdirilməməsi lazım olduğunu qeyd edir. Bir neçə gün əvvəl Nikol Paşinyanın sədrliyi ilə Avrasiya İqtisadi Şurasının növbəti sessiyası keçirilib. O, çıxışında Avrasiya İqtisadi İttifaqında enerji daşıyıcılarının ümumi bazarlarının yaradılmasının həddən artıq ləngidiyini xatırladıb.

Bundan başqa, Paşinyan onların irəli sürdüyü “Sülh yol ayrıcı”nı Aİİ sahəsinə gətirməyə çalışıb və bunun ticarətin artmasına təkan verəcəyini qeyd edib. Digər inteqrasiya birliyinin – KTMT-nin fəaliyyətinə gəlincə, Ermənistan hakimiyyəti daim bunun səmərəsiz olduğunu göstərməyə çalışır. Birincisi, Paşinyan KTMT-də iştirakını dondurduqlarını bəyan edir, eyni zamanda, Ermənistan tərəfi qurumdan çıxmır və qəbul edilmiş qərarların qarşısını almır. Onda o da məlum olur ki, Ermənistan KTMT-nin fəaliyyətini maliyyələşdirməyi dayandırır. Amma nəzərə almaq lazımdır ki, KTMT-nin maliyyələşdirilməsinin dayandırılması Rusiya kimi böyük dövlət üçün heç də problem deyil. Digər tərəfdən, bu fonda görüşün nəticəsində Ermənistanın baş naziri və Rusiya Federasiyasının prezidenti razılığa gəliblər ki, 44 günlük müharibə zamanı və ondan sonra Rusiya sərhədçiləri və hərbi məntəqələri Tavuşda, Sünikdə, Vayots Dzorda, Geqarkunikdə, Araratda yerləşdirilməsini dayandırıb, həmin ərazidən geri çəkiləcəklər.

Aydındır ki, Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması məsələsi ümumiyyətlə müzakirə olunmur və bu, Rusiya tərəfi üçün problem deyil. Bununla belə, xəbərlər sahəsində KTMT-nin maliyyələşdirilməsinin dayandırılması və Rusiya hərbçilərinin adı çəkilən yerlərdən çıxarılması mövzularında təbliğat sunami effekti yaradılır və görünür, Ermənistan Rusiyadan “ayrılır”. Amma həmin təbliğatın xüsusi istiqaməti var, ilk növbədə, o, daxili auditoriyaya yönəlib, sanki Ermənistan hakimiyyəti ölkənin suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş addımlar atır. Digər tərəfdən, Qərbə müəyyən yalan mesajlar verirlər… Ancaq bu hakimiyyət (Paşinyan hakimiyyəti) həm Ermənistan ictimaiyyətini, həm də Qərbi aldadır”, – nəşr yazıb.