Paşinyan “hə” dedi, Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək – Türkiyə açıqladı

0
231

Bu günlərdə Ermənistanın baş naziri Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar səsləndirib.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Türkiyə telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, ilk dəfə belə bir təşəbbüs irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydasından danışsa da, mənfi reaksiya verib.

Nazirin sözlərinə görə, Türkiyə dəhliz layihəsini 2029-cu ilə qədər həyata keçirməyi planlaşdırır.

“Zəngəzur dəhlizinin Bakıdan Goradizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Düşünürəm ki, 2028-ci ildə biz işləri tamamilə başa çatdıracağıq”, – Uraloğlu bildirib.

O vurğulayıb ki, dəhlizin Ermənistan hissəsinin uzunluğu 43 km-ə yaxındır.

“Onlar (Ermənistan – red.) dəhlizin tam başa çatmış sayılması üçün planlaşdırma və tenderlər aparmalı olacaqlar. Beləliklə, Türkiyə türk dünyası və Mərkəzi Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”, – nazir bildirib.

O, həmçinin qeyd edib ki, İran da öz növbəsində Ermənistandan yan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib. Uraloğlu eyni zamanda Zəngəzur dəhlizi layihəsinin reallaşacağını bir daha vurğulayaraq bildirib ki, Ankara İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsinə etiraz etmir və bu layihənin vaxtında həyata keçiriləcəyini gözləyir.