Paşinyan geri addım atdı, Moskvaya gedir: Qapalı görüşdə nələr olub?

0
124

Martın 7-də Nikol Paşinyan parlamentdə “Mülki razılaşma” fraksiyasının deputatları ilə dörd saatlıq qapalı görüş keçirib.

Geniş tərkibdə keçirilən görüşdə Xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin iki müavini, Armen Qriqoryan və başqaları iştirak ediblər.

Bir neçə gün əvvəl eyni yerdə, eyni formatda keçirilən əvvəlki iclasda Paşinyan Aİ üzvlüyünə namizəd olmaq üçün ərizə vermək niyyəti barədə deputatlara məlumat vermiş və tapşırmışdı ki, bir neçə gündən sonra hər kəs bununla bağlı öz fikrini deməli və əsaslandırmalıdır.

“Hraparak”ın verdiyi məlumata görə, bu görüş olduqca gərgin keçib. Otuzdan çox deputat çıxış edib, narahatlıqlarını bildirib. “Soros qanadı”ndan olan deputatlar qəribə dərəcədə passiv olublar. Qərbə qarşı qeyd-şərtsiz hərəkət mövqeyini əsasən iki deputat – Vaaqn Aleksanyan və fraksiya lideri Hayk Konjoryan müdafiə ediblər.

Deputatların əksəriyyət hadisələrin inkişafı ilə bağlı baş verə biləcək təhlükələrdən narahatlığını ifadə edib.

Deputatları əsasən bu sual narahat edib: Qərb Ermənistana heç bir alternativ təklif etmir, nə pul dəstəyi, nə də təhlükəsizlik mühitinin təminatı, Lars bağlanarsa və iqtisadi böhran olarsa, Avropa bazarları erməni məhsullarını qəbul edəcəkmi?”

Nikol Paşinyan, əslində, o fikirlərə qarşı çıxmayıb, hər şeydən asılı olmayaraq, mövcud vəziyyətdən çıxmaq üçün addımlar atmalı olduqlarını bildirib və onun fikrincə, Aİ-yə üz tutmaq addımı da onlardan biridir. Xarici işlər naziri Ararat Mirzoyan nitqində anlaşılmaz davranış nümayiş etdirib, o, belə bir mövqe tutdu ki, Rusiyadan asılılığımız o qədər böyükdür ki, kəskin addımlar atmaq həqiqətən risklidir, lakin bəzi deputatlar bu mövqe ilə razılaşanda Mirzoyan qəfil elan edib ki, onu səhv başa düşüblər, o mövqenin tərəfdarıdır ki, bu risklərdən asılı olmayaraq, Ermənistan o addımı atmalıdır.

Əvəzində Akop Simidyan arqumentli çıxış edərək, həmin addımdan sonra Ermənistan üçün ən azı üzücü hadisələrin gözlənildiyini göstəricilərlə əsaslandırıb.

Qapalı görüşdən verilən məlumata görə, Paşinyanın geriyə addım atdığı müşahidə olunub. Hətta yaxın vaxtlarda onun Moskvaya gedəcəyi ilə bağlı xəbərlər də yayılır.