Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

0
94

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, qərarların qəbulunda iştirak etmir, amma eyni zamanda onların həyata keçməsini bloklamır”.   

Bu sözləri Yunanıstan mətbuatına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Fikrini davam etdirən Nikol Paşinyan söyləyib ki, 2023-cü ilin sentyabrından etibarən Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

“Biz KTMT-nin yüksəksəviyyəli tədbirlərində iştirak etmirik”, – deyə N.Paşinyan əlavə edib.