Paşinyan: “Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verib”

0
157

“Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib”.

Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.

“Biz təqdim etdiyimiz məzmun çərçivəsində müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, – deyə N.Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib.