
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mitinq çağırıb.
Bu barədə o, özünün “feysbuk” səhifəsində elan edib.
“Əziz həmvətənlər!
1 mart, bazar ertəsi, saat 18:00-da hamınızı Respublika Meydanına, toplantıya və yürüşə dəvət edirəm”, – deyə Nikol Paşinyan yazıb.
Paşinyanın istefasını tələb edən müxalifət də eyni vaxtda mitinq təyin edib.