Paşinyan Bakı və Ankaranın tələblərini yerinə yetirir: İrəvanda Konstitusiya qorxusu

0
117

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiyaya qarşı yeni hücuma hazırlaşır və Bakı və Ankaranın bitib-tükənməyən tələblərindən birini təmin edir.

Bu barədə ER parlamentinin “Hayastan” fraksiyasından olan deputatları Qeqam Manukyan, Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryanın birgə bəyanatında deyilir.

Deputatlar qeyd ediblər ki, danışıqlar prosesi zamanı Ermənistan və Azərbaycanın təklifləri ilə tanış olduqdan sonra yaranan narahatlıq, təəssüf ki, bu gün Paşinyanın Konstitusiya məsələsi ilə bağlı açıqlamalarından sonra öz təsdiqini tapıb.

Deputatlar iddia ediblər ki, Azərbaycan və Türkiyənin Ermənistana qarşı daimi tələbləri arasında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun dəstəklənməsi və erməni soyqırımının beynəlxalq aləmdə tanınmasına sadiqlik haqqında müddəaların Konstitusiyadan çıxarılması da var.

Xatırladaq ki, Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə Ermənistanın Konstitusiya dəyişikliklərinə deyil, ölkəni yeni geosiyasi şəraitdə rəqabətədavamlı və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi.