Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdi

0
496

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Azərbaycan və Gürcüstanı qabaqlaması barədə bəyanatına redaktələr edib.

 N.Paşinyan özünün “Facebook” hesabında səhv məlumat paylaşdığını etiraf edib.

O, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinad edərək qeyd edib ki, Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə, Cənubi Qafqazda yalnız Gürcüstanı üstələyir.

Xatırladaq ki, N.Paşinyan bundan əvvəl də BVF-yə “istinad etmişdi”.