
Nikol Paşinyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə – may ayına qədər istefa verəcək.
İstefaya qədər erməni baş nazirin atacağı mümkün addımları təqdim edirik:
1. Əliyev və Putinlə yeni üçtərəfli sənəd imzalayacaq: kommunikasiyanın bərpası bəyanatı rəsmiləşdirilməlidir;
2. Qarabağdakı erməni qoşunlarını çıxaracaq: bu istiqamətdə prosesin başladığı haqda məlumatlar var;
3. 24 aprelə – qondarma “erməni soyqırımı”nın “ildönümünə” qədər erməni ictimai şüurunda Türkiyənin düşmən obrazından qonşu ölkə obrazına keçməsi istiqamətində təbliğatı gücləndirəcək;
Proseslərin inkişafı və Nikolun bəyanatları bu versiyaları önə çıxarır. Bunun qarşılığında seçkidə Paşinyan Bakı və Ankaranın dəstəyini görə bilər.