Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı.
O bildirib ki, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb.
Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən sonra, Azərbaycandan 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğulayıb.
“2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, Yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı.
Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”, – deyə Paşinyan qeyd edib.