Paşinyan artıq Əliyev kimi danışır – Minasyan

0
440

Nikol Paşinyan qeyri-adekvatdır, onun üçün hər şey kürsüsü ətrafında fırlanır. Onu dinləmək, ondan hansısa ağlabatan sözlər gözləmək lazım deyil. Hər kəlməsi yalandır.

Bunu Ermənistanın Daşnaktsütyun Partiyasının deputatı Arzvik Minasyan Nikol Paşinyanın dünənki müsahibəsini şərh edərkən deyib.

“Ona dünən qulaq asanda mənə elə gəlirdi ki, Nikol obrazında İlham Əliyev danışır. Dediklərinin hamısı Azərbaycanın mənafeyinə yönəlib”, – o bildirib.