Paşinyan ABŞ dövlət katibi ilə RAZILIĞA GƏLDİ – Azərbaycanla sülh sazişi…

0
33

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-ABŞ strateji tərəfdaşlığı ilə bağlı məsələləri, eləcə də regional gündəliyi müzakirə ediblər.

“Baş nazir dövlət katibinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsi üzrə razılaşma ilə nəticələnən danışıqlar proseslərini təqdim edib. Baş nazir saziş layihəsinin imzalanmasını gözlədiyini vurğulayıb”, – məlumatda deyilir.

Həmsöhbətlər yüksək səviyyəli Ermənistan-ABŞ təmaslarını davam etdirmək barədə razılığa gəliblər.