Paşinyan 4 kəndi “dəyişmək” istəyir: bəs, digər 4 kənd? – HƏQİQƏTƏN DƏ…

0
243

Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir.

Bu sözləri politoloq Asif Nərimanlı Ermənistan Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı sözlərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, burada diqqətçəkən məqam onun irəli sürdüyü təklifdir:

“Erməni baş nazir anklavlar məsələsini qarşılıqlı tanınma ilə həllini təklif edir: onların olduğunu iddia etdiyi Başkənd bizdə qalır, anklav olan Kərki və Qazaxın 3 kəndi – Yuxarı Əskipara, Bərxudarlı və Sofulu onlarda; beləliklə, Başkəndlə 4 kəndimizi “barter” etmək istəyir.

Və bu təklifini anklavlar qaytarılacağı təqdirdə həmin ərazi ilə əlaqə qurmaq üçün dəhlizlərə ehtiyac olması ilə əlaqələndirir.

Paşinyan bilir ki, Azərbaycan Başkəndi müzakirə etməyəcək, belə təkliflə anklavlar məsələsini arxa plana keçirməyə cəhd göstərir. Hərçənd, Qazaxın 4 kəndi – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli anklav deyil. Ermənistan anklav məsələsini müzakirə etməmişdən öncə bu kəndləri qaytarmalıdır”.