Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər”, – deyə o bildirib.
Paşinyan əlavə edib ki, ölkədə indiki vəziyyətdə səfərbərlik elan edilməyəcək.