Parlamentin tarixi iclasından 28 il keçir

0
505

Azərbaycan Respublikasının parlamenti düz 28 il əvvəl DQMV-nin ləğv edilməsi barədə tarixi qərar qəbul edib.

 1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub.

Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.

Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının – Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub.