
Türkiyə parlamentinin sabiq spikeri İsmayıl Kahramanın kürəkəni Sinan Yıldırım klinikasını satışa çıxarıb.
Sinan Yıldırıma məxsus “Central Hospital” auksiona çıxarılıb. Hərracda ilkin qiymət 2 milyon lirə müəyyən edilib. Lakin satışın yekununda binanın qiymətinin qat-qat artacağı gözlənilir.
Qeyd edək ki, Yıldırım ailəsi FETÖ araşdırmalarına cəlb edilmiş biznesmenlərdəndir.