Parlamentin növbəti iclasının gündəliyi – SİYAHI

0
306

Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyinə 8 məsələ daxildir.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə dəyişikliklər də üçüncü oxunuşda səsə qoyulacaq.

Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ikinci oxunuşda deputatların müzakirəsinə təqdim ediləcək.

“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi də ikinci oxunuşda müzakirə olunacaq.

“İcra haqqında” qanuna dəyişiklik layihəsi isə birinci oxunuşda təqdim olunacaq.