Alimlər Günəşə göndərilən “Parker” zondundan bir neçə gün sonra ilk siqnalı alıblar. Bu siqnal tarixdə bir ilk olub.
“Parker” Çikaqo Universitetinin fəxri professoru, fizik Eugene Nevman Parkerin adını daşıyır. NASA “Parker Solar Probe” kosmik gəmisinin Günəş səthindən cəmi 6,1 milyon km qısa məsafəyə yaxınlaşdıqdan sonra təhlükəsiz vəziyyətdə olduğunu və normal işlədiyini bildirib. Günəş missiyasına göndərilən kosmik zonddan bir neçə gün ərzində heç bir siqnal alınmayıb.
NASA-nın internet saytında verilən məlumata görə, saatda 692 mil sürətə çatan kosmik gəmi 980 dərəcə Selsiyə qədər istiyə tab gətirə bilib. Günəşin yaxından tədqiqi “Parker Solar Probe” alimlərinə bu bölgədəki materialın milyonlarla dərəcəyə qədər necə qızdırıldığını daha yaxşı başa düşməyə, günəş küləyinin (Günəşdən qaçan davamlı axın) mənşəyini izləməyə imkan verəcək.