Paris yenidən alov içində – 230 ildən sonra İLK DƏFƏ…

0
616

Fransada “Sarı jiletlilər” etiraz aksiyası davam edir.

Etirazların 23-cü həftəsində Paris küçələrində 230 il sonra ilk dəfə “qiyam” şüarları səslənib.

Ötən ilin 17 noyabr tarixində ölkədə yanacağın qiymətinin bahalaşması və iqtisadi vəziyyətin çətinləşməsindən sonra baş qaldıran və daha sonra prezident Emmanuel Makronun siyasətinə qarşı çevrilən aksiyalar Paris şəhərini viran qoyub.

Xüsusilə, Respublika Meydanı və ətraf ərazilərdə toplaşan qiyamçılar avtomobil və motosikletləri yandırıb. Polis etirazçılara su şırnağı ilə müdaxilə edib. Yerli media 120-dən çox etirazçının həbs edildiyini yazıb.

Fransanın Daxili işlər naziri Xristofer Kastaner dəhşətli yanğının baş verdiyi tarixi Notr-Dam kilsəsinin yerləşdiyi bölgəyə etirazçıların daxil olmasını qadağan edib.

Parisin belə çətin günlər yaşadığı bir dövrdə prezident Emmanuel Makronun PYD terror təşkilatının sözdə Fransa nümayəndəsi Xalid İsanın da olduğu PKK/PYD/YPG-nin birləşdiyi Suriya Demokratik Qüvvələrinin heyəti ilə Eliz sarayında görüşməsi, maliyyə yardımı da vəd etməsi hiddət doğurub.