Vatikan rəsmiləri Papa Fransiskin dəfn mərasimi zamanı dron hücumundan ehtiyat ediblər.
Bu barədə “The National Interest” məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları Vatikanın hava məkanını bağlayıb. Xüsusilə, bütün tip təyyarə uçuşları tam qadağa tətbiq edilib. Bu, dəfn zamanı hava təhlükələrinin qarşısını almaq üçün lazım idi.
“Polis kiçik, əldəqayırma pilotsuz təyyarələrdən çox narahat olub, çünki onlar Yaxın Şərq və Ukraynada asanlıqla öldürücü silahlara çevrilib”, – məlumatda bildirilir.
Məqalə müəlliflərinin fikrincə, Vatikanda və Romada minlərlə əsgər hazır vəziyyətdə olublar. Onların bəziləri dron əleyhinə silahlarla silahlanıblar.