Papadan Bakıya qarşı təxribat planına dəstək istədilər – Vatikanda nələr danışılıb?

0
91

Erməni katolikos I Aram Vatikanda Papa Fransisk ilə görüşüb.

Erməni katolikos Papadan Azərbaycana qarşı təxribat planında iştirak etməyi xahiş edib.

I Aram bildirib ki, Qarabağdan çıxan ermənilər geri qayıtmalıdır. O, Papanın bu məsələdə ermənilərə kömək etməsini istəyib. Aram qeyd edib ki, ermənilərin qayıtması üçün beynəlxalq zəmanət formalaşdırılmalıdır.

Ermənilərin istədiyi “beynəlxalq zəmanət” məsələsi Qarabağda “erməni subyektinin” yaradılması planının tərkib hissəsidir. Azərbaycan Qarabağda yaşamaq istəyən ermənilərə vətəndaşlıq verməyə hazırdır, ermənilər isə prosesə üçüncü qüvvələri qoşmaqla Qarabağda “öz müqəddəratını təyin etmə” məsələsinə nail olmaq istəyirlər. Bu planın praktiki olaraq baş tutması mümkün deyil, lakin erməni din xadimlərinin bu məsələni daim gündəmdə saxlaması təhlükəli tendensiyadır. I Aramın Papadan etdiyi xahiş də, əslində Azərbaycana qarşı təxribat planının Vatikan tərəfindən dəstəklənməsi istəyidir.

I Aram Papadan Bakıda həbsdə olan separatçıların azad edilməsinə də kömək etməsini istəyib.