
Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.
Dəyişikliyə görə, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.