Pandemiyaya görə işini itirmiş miqrantlar ağır yol qəzasına düşdülər: 24 nəfər öldü – FOTO

0
284

Hindistanda iki yük maşınının toqquşması nəticəsində 24 miqrant həyatını itirib, onlarla insan yaralanıb.

Hadisə ölkənin Uttar-Pradeş ştatında, yerli vaxtla saat 03:30-da baş verib.

Hökumət nümayəndələrinin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar işlərini itirən daxili miqrantlar Racastandan və Xaryanadan doğma ştatlarına gedirmiş.