Pandemiyanın yayılması dolları bahalaşdırır

0
345

Koronavirusa qarşı yeni dərmana dair nikbinlik ABŞ-da yoluxmaların xeyli artması ilə dəf edildiyi nəticəsində ABŞ dollarının başlıca valyutalara qarşı məzənnəsi artmağa başlayıb.
Bakı vaxtı ilə saat 13:50-də avro ABŞ dollarına qarşı 1,1814-dən 1,1785-dək, yenə qarşı 105,28-dən 105,47-dək artıb. Beləliklə, ABŞ dollarının indeksi, yəni 6 başlıca pul vahidinə qarşı orta məzənnəsi 0,16 faiz azalaraq 92,9 bəndə enib.
Xatırladaq ki, bu həftənin əvvəlində “BioNTech” və “Pfizer” şirkətləri tərəfindən yaradılan peyvənd dərmanının uğurlu sınaqlarına dair xəbərlər ABŞ dollarının ucuzlaşmasına təkan vermişdi. Lakin dərmanın kütləvi istehsalına hələ xeyli vaxt qaldığı üçün bu təkan çox çəkmədi. Üstəlik, koronavirusun yayılmağa davam etməsi də bazar iştirakçıları tərəfindən narahatlıqla qarşılandı. Belə ki, Cons Hopkins Universitetinin məlumatına görə, son 24 saat ərzində ABŞ-da daha 111 mindən çox sakin koronavirusa yoluxub, 590 nəfər də ölüb.
“Dünyada koronavirusa yoluxanların artmasına dair dünənki məlumatları nəzərə alsaq, pandemiyanın iqtisadi fəsadlarına dair narahatlıq üzündən səhm və s. risqli aktivlər bazarının artımı ləngiyə bilər. Odur ki, COVID-19 dövrünün başa çatmasına sevinmək üçün hələ tezdir”, – deyə “JFD Group”un baş eksperti Xaralambos Pisuros (Charalambos Pissouros) “Reuters”ə bildirib.