Pandemiya tarixinin ƏN XOŞ XƏBƏRİ: ÜST bitəcəyi zamanı açıqladı

0
386

Ən pis ssenari geridə qaldı. Koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe deyib.

Danimarkanın dövlət televiziyasına açıqlama verən ÜST rəsmisi 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiyanın daha çox nəzarətdə saxlanıla biləcəyi və idarəolunan vəziyyətə gələcəyini deyib: “Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır”.

Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb.

O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: “Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər”.