Pandemiya dövründə qida məhsullarının ticarətinə dair metodiki göstərişlər – VİDEO

0
350

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “Metodiki göstərişlər”lə daha yaxından tanış olması üçün TƏBİB və Baku Media Center animasiya şəklində videoçarxlar hazırlayıb.

TƏBİB-dən verilən məlumata görə, “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında videoçarx hazırlanıb.

Videoçarxda bildirilir ki, çox sadə gigiyenik qaydalara riayət etməklə, özümüzü və sevdiklərimizin sağlamlığını qoruya bilərik.