Pakistanlı nazirdən sərt bəyanat: “Hindistan qalib gələrsə, planetdə heç kim sağ qalmayacaq”

0
51

“Hindistan Pakistana hücum edərsə və ölkəmizin mövcudluğu təhlükə altına düşərsə, planetdə heç kim sağ qalmayacaq”.

Bunu Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif deyib.

Nazirin sözlərinə görə, Pakistan yox olarsa, o, digər dövlətlərin də sağ qalmasına imkan verməyəcək:

“Heç bir ölkəyə bu planetdə bizsiz yaşamasına imkan verməyəcəyik. Allah etməsin, lakin belə də olacaq”.