Pakistandan ÜZÜCÜ XƏBƏR – Prezidentin səhhəti QƏFİL PİSLƏŞDİ

0
20

Pakistan Prezidenti Asif Əli Zərdari səhhətində yaranan problemlər səbəbindən təcili şəkildə Kəraçidə yerləşən özəl xəstəxanaya aparılıb.

Bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) verdiyi açıqlamada bildirilir ki, prezident hazırda tibbi nəzarət altındadır və həkimlər onun sağlamlıq vəziyyətini qiymətləndirmək üçün müvafiq müayinələr həyata keçirirlər.

Xəstəxananın təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları xəstəxananın ətrafında nəzarəti artırıb və icazəsiz şəxslərin əraziyə girişinə məhdudiyyət qoyub.

Zərdari xəstəxanaya yerləşdirilməzdən bir gün əvvəl Nəvabşah şəhərindəki iqamətgahında Ramazan bayramı namazında iştirak edib. O, tədbirdə Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və digər yüksək rütbəli şəxslərlə birgə olub.

Hazırda prezidentin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2024-cü ildə BƏƏ-yə səfəri zamanı Dubay hava limanında təyyarədən enərkən Zərdarinin ayağı sınıb və o zaman da tibbi müdaxilə alıb.

Xatırladaq ki, Asif Əli Zərdari Pakistanın 14-cü prezidentidir və bu vəzifəyə 10 mart 2024-cü ildə başlayıb. O, daha əvvəl 2008-ci ildən 2013-cü ilədək Pakistanın 11-ci prezidenti olub.