Pakistanda doqquz vaqon relsdən çıxdı: Bir ölü, 40 yaralı – VİDEO

0
344

Pakistanda sərnişin qatarı qəzaya uğrayıb.

Qəza zamanı qatarın 18 vaqonundan doqquzu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində bir qadın həlak olub, 40 nəfər isə yaralanıb.

Qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artması istisna olunmur.

Polis hadisənin səbəbləri ilə bağlı araşdırma aparır.