Pakistan nümayəndə heyəti apardıqları “exit-poll”un nəticələrini açıqladı – FOTO

0
474

Pakistan nümayəndə heyəti apardıqları “exit-poll”un nəticələrini açıqlayıb.

İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələrdən olan Murtuza Cavid Abbasi bildirib ki, bir sıra seçki məntəqələrində seçkini izləyiblər:

“Seçki prosesindən məmnunuq və təşkilatçılıq yüksək səviyyədə olub. Ümid edirik ki, yeni seçiləcək millət vəkilləri də Azərbaycanın rifahı və inkişaf etməsi üçün əllərindən gələni edəcəklər.

Fevralın 7-də seçkiyə hazırlıq prosesi ilə maraqlanmaq üçün Gəncənin 13 və 20 saylı seçki məntəqələrinə nümayəndəmiz təhkim edilib. Dünən də Naxçıvanın 12 və 3 saylı məntəqlərinə baş çəkdik. Bu gün Bakı şəhəri üzrə məntəqələri ziyarət etdik”.

Nümayəndə heyətinin üzvü Mahmud Hasan Xan bildirib ki, onlarda olan məlumata görə,  seçkilərdə 5 milyon 300 nəfər səs verib:

“Səs verənlərdən 79 faizi kişi, 21 faizi qadınlardır. Bu, sərbəst, şəffaf və azad seçkilərin keçirilməsi deməkdir. Bu dəqiqəyə qədər saxta səsvermə, qanunsuzluqla bağlı bizdə hər hansı bir məlumat yoxdur”.