Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev “Survivor”dakı çıxışına görə sözügedən yarışın ekspertlərinin bəyənisini qazanıb.
Həmyerlimiz dünyanın ən çətin yarışlarından hesab edilən “Survivor”da bu həftənin ən güclüsü seçilib. Bütün rəqiblərini xeyli qabaqlayan Pərviz sayca ikinci dəfə performans birincisi olub.
“Survivor Ekstra”nın məşhur eksperti Murat Özarı azərbaycanlı iştirakçıya şeir həsr edərək milyonların izlədiyi verilişdə səsləndirib. Digər ekspertlər də bu şeirdən duyğulanıblar.