Pərviz Müşərrəfə edam hökmü çıxarıldı

0
640

Pakistanın xüsusi məhkəməsi ölkənin keçmiş Prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

Məlumatı Pakistanın ingilisdilli “Dawn” qəzeti yayıb.

Ölüm hökmü Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethanın sədrliyi ilə keçirilən üç hakimdən ibarət heyət tərəfindən verilib.

Xatırladaq ki, general Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.