Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pəhanov deputatlığa namizədlərin əmlakları ilə bağlı hesabat verməsinin vacibliyindən danışıb.
M.Pənahov deyib ki, MSK namizədlərin əmlakı ilə bağlı məsələni istəsə də, nəzərə ala bilmir.
O bildirib ki, namizədin əmlak və gəlirlərinin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”, – deyə M.Pənahov əlavə edib.