Özünüzü itirib ugur qazanmaq üçün yox, özünüzü itirmədən dəyərli olmaq üçün çalışın.

0
428

Yaşamaq alınan nəfəsin yenə yaşamaq üçün verilirərkən itdiyini, yaşanılan illərin , unudulmaga başladıqca itməyə məruz qaldıgını , qocaldıqca insanın gözəlliyini , təravətini, gücünü, aglını , fikrini itirdiyini iddia edənlər var. Yəni insan dogumundan ölümünə qədər bir şeyləri itirməyi davam edir .Sonda saglıgını itirdiyi üçün bu dünyada yaşama haqqını da itirir.
Başqa bir deyim də isə belədir ki, əslində biz maddi olaraq heç nəyi itirmirik. Sadəcə yaşamagımız üçün sahib olduqlarımız həyatımızda yer dəyişir.Bir qabın dolması üçün digər qabın boşalması kimi.
Odur ki, insanın həyatda bir şeyləri itirmısi yeni bir şeylərin qazanması deməkdir.Yeni bir şey öyrənmək isə əvvəl öyrəndiklərini tamamilə unutmaq demək deyil, əvvəl öyrəndiklərini daha da kamilləşdirməkdir. Uşaqlıgını itirməyən gəncliyini, gəncliyini itirməyən isə qocalıgın dadını bilməz.
Təbiətdə hər solan çiçək yox olmaq üçün deyil, daha gözəl açmaq üçün solar. İnsanın itirdiyi hər şeydə məna yüklü bir mesaj oldugu kimi, onun həyatını oldugundan daha yaxşıya istiqamətləndirən bir üfüq də var.İtirilənlərin ardından alınan bu mesajları düzgün dəyərləndirmək üçün isə insanın bir gövhərə ehtiyacı var. İnsan bu dünyada hər seyi itirsə də o gövhəri itirməmək məcburiyyətindədir. Bütün itirilənlərin ayrılıgına insan məhz o gövhərin hesabına dözə bilir. İtirilməməsi lazım olan , itirdrdiyi zaman da bir daha geri qayıtmayan, onu itirdiyi zaman insanın bir tapa bilmədiyi gövhər insanın özüdür.
Özünü itirən üzünü, gözünü, sözünü,düzünü də itirər. Kökü məhv olan agac nə qədər böyük və canlı olsa da , ayaqda durmaga çətinlik çəkər. Amma kökü saglam olarsa, onun qol- budaqlarını nə qədər kəsib dograsalar da , saglam kökünün hesabına yenidən daha güclü budaqlara sahib olma şansını davam etdirər.
Ona görə də hər şeyə sahib olmaq üçün bir şeyə sahib olmaq şərtdir.
Əgər o bir şeyə sahib deyilsənsə , əldə etdiyin , qazandıgın hər şey nöqsandan pay alacaq. O bir şey çox dəyərli özündə birləşdirən özünsən . Sənin özünün özü də özündə var olan insanlıgın , şəxsiyyətin , şərəfin, ləyaqətin, iffətin, mərhəmətin və ədalətindir. Özünün sahib oldugu bu dəyərlər yerindən , məkanından, mövqeyindən, vəzifəsindən aslı olmayaraq öz dəyərini itirməməsi lazım olan dəyərlərdir. Onlardan birinin yox olması sənin zahirən varlıgında belə mənəvi yoxlugundan xəbər verir.
Son olaraq , özünüzü itirib ugur qazanmaq üçün yox, özünüzü itirmədən dəyərli olmaq üçün çalışın.

Təranə Alməmmədova