Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir

0
621

Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilir.

Sərgi-satış yarmarkasının məqsədi aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərməsidir.Bunu KİV nümayəndələrinə Bakı Şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova bildirib.

Qeyd olunub ki, yarmarkada özünüməşğulluq proqramı iştirakçıları ilə bərabər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edirlər: “Yarmarkada ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunub. “Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi planlaşdırılır”.