Ehtiyyatsızlıq nəticəsində özünü güllələyən polisin fotosu yayıldı

0
274

Ötən gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov silahla ehtiyatsız davrandığına görə açılan atəş nəticəsində özünü öldürüb.

hadisə nəticəsində dünyasını dəyişən polis serjantının fotosunu əldə edilib. Qeyd edilib ki, Binəqədi rayonu ərazisində yaşayan İ.Çıraqov subay olub.

Xatırladaq ki, sözügedən hadisə Saray qəsəbəsi ərazisində baş verib. Hadisə Çıraqovun təlimə getdiyi vaxt 99-SM-907 dövlət nömrə nişanlı, “Niva” markalı maşının içində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib. DİN-in hospitalına çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb.