30 ilin həsrətinə ömrünün baharında, gənc yaşında son qoymağı qarşısına məqsəd qoyanlar bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Elə 30 yaşlı şəhidimiz baş leytenant Kənan Süleymanlı kimi…
Vətən müharibəsinin başladığı ilk günlərdən o da cəbhəyə yollandı. Döyüşlər zamanı zabitimiz əksər strateji yüksəkliklərin alınmasında iştirak etdi.
İndi valideynləri gənc döyüşçüdən danışarkən fərəh və qürur hissi keçirirlər.
Xocavənd istiqamətində gedən döyüşlər zamanı K. Süleymanlı şəhidlik zirvəsinə ucaldı. Qalibiyyət gününün elan olunmasından onu saatlar ayırırdı.
K. Süleymanlı ilə yanaşı, qazilərimiz Elçin Mustafayev və Murad Bağırov da bu qürurlu sevinci yaşamağımızın səbəbkarlarındadır. Gənc qazilərimiz Vətən müharibəsinin son gününə kimi şəhid komandirləri Kənan Süleymanlı ilə birgə vuruşublar.
E. Mustafayev və Murad Bağırovun sözlərinə görə, yaralı halda onları səngərdən çıxarsalar da, şəhid baş leytenantımız sona qədər döyüşüb.
Həmin süjeti təqdim edirik: