Özelə hücumda diqqət çəkən 20 illik detal – Türkiyədə nə baş verir?

0
11

CHP lideri Özgür Özelə edilən hücum Türkiyə siyasətinə yad hal deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır.

Hücum edən Selçuk Tengioğlu 2004-cü ildə uşaqlarını öldürdüyü üçün həbs olunub, 2020-ci ildə azadlığa çıxıb. Özel belə bir şəxsin hücumunun arxasında “başqalarının olduğunu” deyir. Həmin şəxs isə Özelə hücumunun səbəbinin CHP-dən yemək kartı ala bilməməsi və partiyanın “gəncləri küçələrə çağırması” olduğunu deyib.

Maraqlıdır ki, CHP-yə yaxın solyönümlü “Evrensel” qəzeti 2004-cü ildə S.Tengioğlunun törətdiyi cinayəti “işsizliklə” əlaqələndirmişdi, Tengioğlu da Özələ hücumunu partiyadan “yemək kartı” ala bilməməsi ilə əlaqələndirir: vaxtilə müdafiə etdiyi şəxsin eyni “səbəblə” hücumuna məruz qalan Türkiyə müxalifəti “dejavu” yaşayır;

Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özelə fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir. Namizədlik mübarizəsində İmamoğlunun önünün kəsilməsi, Özəlin yolunun açılması fonunda bu hücum və yaratdığı effekti xüsusilə maraqlıdır.