Özcan Kars: “Ermənilərin Qarabağda törətdikləri vəhşi insanların hərəkətləridir”

0
215

“Ermənilərin Qarabağda törətdikləri vandallıqlar mədəniyyəti, sənəti bilməyən, yüksək düşüncədən məhrum vəhşi insanların etdikləri hərəkətlərdir”.

Bunu açıqlamasında “Türkiyə Gəzginlər Klubu”nun üzvü Özcan Kars deyib.

Səyyah bildirib ki, əslən Ərzurumludur və ataları 1877-ci ildə Türkiyə – Rusiya savaşında köçə məcbur olublar: “Bu müharibədə Rusiya ordusundan daha çox ermənilərlə savaşmışıq. Orada şəhərlərə edilən təcavüzləri, insanların qətliamlarını atalarımızdan eşitmişik. İkinci dəfə eyni şeyləri Birinci Dünya Müharibəsində yaşamışıq. Mənim ailəm ermənilərin səbəb olduğu faciə ilə bağlı iki dəfə köç etməyə məcbur olub”.

“Böyüklərdən eşitdiyimiz vandallıqların simasını bu torpaqlarda canlı şəkildə gördük”, – Ö.Kars vurğulayıb.