Özcan Dənizin yeni serialının yayımı başlayır – VİDEO

0
369

Türkiyənin yeni nəsil rəqəmsal yayım platforması olan GAİN Özcan Dəniz pərəstişkarlarını sevindirməyə hazırlaşır.

Fevral ayında GAİN vasitəsilə tanınmış aktyorun əl işi olan “Senkron” adlı serial yayıma başlayacaq.

Özcan Dəniz serialın rejissoru olmaqla yanaşı, həm də onun ssenari müəllifidir.

Artıq serialın tanıtım videoçarxı təqdim olunub.

Qeyd edək ki, ekran əsəri kriminal triller janrında çəkilib.