Özbəkistanın sabiq baş prokuroru Raşid Kadırov 10 il müddətinə azadlıqdan məhrum edilib

0
487

Özbəkistanın sabiq baş prokuroru Raşid Kadırov 10 il müddətinə azadlıqdan məhrum edilib, rütbə və dövlət mükafatlarından məhrum olunub.

Raşid Kadırovla birlikdə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan daha 13 adam 13 ildən 19 ilədək azadlıqdan məhrum edilib, bunların da yeddisinin rütbə və mükafatları əlindən alınıb.

Raşid Kadırov rüşvət almaqda, rüşvət verməyə təhrikdə, dələduzluqda, vergidən və başqa vacib ödəmələrdən yayınmaqda, istintaqa və məhkəməyə müdaxilə etməkdə, hakimiyyət orqanlarının, idarə və ictimai birliklərin fəaliyyət qaydalarına əks olan cinayətlərdə günahlandırılıb.

Xatırladaq ki, Raşid Kadırov 2000-ci ildən 2015-ci ilədək Özbəkistanın baş prokuroru olub.