Öz hərəkətlərimizlə “sərt karantin rejiminin” təkrarən tətbiqinə şərait yaratmayaq

0
445

Ayrı-ayrı ölkələrdə pik həddini geridə qoysa da, COVID-19-un ümumilikdə yayılma sürətində azalma  yoxdur; qlobal  yoluxma sayı 3 milyon 220 minə çatdı”.

Bunu Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib.

“Narahatlıq doğuran digər hal isə, pik həddi aşan ölkələrdə yoluxma sürətinin  təkrarlanacağı ehtimalıdır. Çin də daxil olmaqla bir sıra ölkələrdən gələn acı xəbərlər Dünya Səhiyyə Təşkilatının bu yöndə xəbərdarlıqlarını ciddiyə almaq üçün əsas yaradır” – o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda karantin rejiminin yumşaldılması “təhlükə sovuşub getdi” anlamına əsas yaratmır.

“Sadəcə dövlət seçim imkanı verir: 2 ay məcburi məhdudiyyətlər qoyuldu, indi  şüurlu seçim anıdır. Öz hərəkətlərimizlə “sərt karantin rejiminin” təkrarən tətbiqinə şərait yaratmayaq”, – M. Ələsgərli bildirib.