Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilir

0
214

Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir.

bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək.

Eyni zamanda, layihəyə əsasən, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək.

Qeyd edilib ki, qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.

Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” tətbiq ediləcək.