Oynaqların sağlamlığını qorumaq üçün cəfəri, sarıkök, ispanaq, paxlalılar, quru meyvələr, qoz-fındıq, tum və digər bu kimi qidaları yemək olar.
Bu barədə rusiyalı dietoloq Aleksandra Surjik “Gazeta.ru”ya müsahibəsində danışıb.
“Qidalanmada müxtəlif mənbələrdən kifayət qədər miqdarda protein olmalıdır: bulyon, paxlalılar, süd məhsulları və s. Ancaq unutmayın ki, qidadan gələn zülalın hamısı qana daxil olmur, əvvəlcə o, ayrı-ayrı amin turşularına və kiçik amin turşuları zəncirlərinə (peptidlər) parçalanır. Bundan sonra oynaqlar özünə lazım olan zülalları yaradır. Burada başqa bir şeyi də qeyd etmək yerinə düşər: oynaqlar müxtəlif xəstəliklər zamanı əziyyət çəkə bilər. Məsələn, revmatoid artrit, podaqra, displastik xüsusiyyətlər və s. Bu xəstəliklər zamanı qidalanmaya yanaşma fərqli olacaq. Eyni bulyon podaqra zamanı tövsiyə edilə bilməz”, – deyə Surjik bildirib.
Oynaqların sağlamlığı üçün həmçinin fiziki aktivlik və normal çəkinin saxlanılması da vacibdir. Hər əlavə kiloqram oynaqlara əlavə yükdür. Bundan əlavə, oynaqlara faydalı olan qidaları yemək vacibdir.
“Süd məhsullarını unutmayın – bu, oynaqlar və sümüklər üçün zəruri olan kalsiumun ən yaxşı mənbəyidir. Oynaq displaziyası zamanı pəhrizdə kifayət qədər maqnezium (cəfəri, ispanaq, paxlalılar, quru meyvələr, qoz-fındıq, tum) olmalıdır. Bundan əlavə, son zamanlar sarıkökün müsbət təsiri haqqında da məlumatlar ortaya çıxıb. Lakin hələlik onun istifadəsi ilə bağlı çox sayda suallar var. Əgər oynaqlarda ağrı varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır”, – deyə Aleksandra Surjik qeyd edib.