“Oynamaqdan imtina edən klublar və futbolçular cəzalandırılacaq” – La Liqa prezidenti

0
361

La Liqada mövsümün bərpasından sonra meydana çıxmaqdan imtina edən klublar və futbolçuları cəzalandırılacaqlar.

Liqanın prezidenti Xavyer Tebas bu barədə AS nəşrinə açıqlama verib:

“Peşəkar futbol İspaniyada ÜDM-nin (Ümumi daxili məhsul) 1,37%-ni təşkil edir və biz 180 min iş yeri yaradırıq. Koronavirusun vurduğu ziyanı minimuma endirməyə çalışmalıyıq. Bu, qısa və orta müddət üçün nəzərdə tutulmuş strategiyadı. Ən qısa müddətdə geri dönmək istəyirik.

Klub və ya futbolçu oynamaqdan imtina etsə, nə olacaq? İlk belə halda kluba texniki məğlubiyyət veriləcək. Meydana çıxmaqdan imtina edən futbolçulara qarşı isə sanksiyalar tətbiq ediləcək.

Mövsüm ləğv olunsa, itkilərimiz 1 milyard avro civarında olacaq. Azarkeşlərsiz oynanılan matçlara görə isə təxminən 300 milyon avro itirəcəyik”.