Övladlığa götürməklə bağlı prosedur sadələşdirildi

0
300

Uşaqları övladlığa götürmək istəyən qohumları üçün prosedur asanlaşdırılır.

Bununla Ailə Məcəlləsinə dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

– övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

– övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

– övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.