Ötən sutka ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub

0
340

Ötən sutka ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub. Bu, daha əvvəlki günlə müqayisədə 6 min çoxdur. Eləcə də ölənlərin sayı təxminən 8 minə çatıb ki, bu da əvvəlki günün göstəricisindən yüksəkdir.
bu barədə ÜST məlumat yayıb. Aprelin 16-na olan vəziyyətə görə, dünyada koronavirusa yoluxanların sayı 1 milyon 991 min 562-yə, ölənlərin sayı 130 min 885-ə çatıb. Sutka ərzində dünyada yoluxanların sayı 76 min 647, ölənlərin sayı 7 min 875 olub. Daha çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: 1 milyon 13 min 93 nəfər yoluxub və 89 min 317 nəfər ölüb. Avropada sutka ərzində yoluxanların sayı 35 min 497-yə, ölənlərin sayı 4 min 710-a çatıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 707 min 121 insan yoluxub, 30 min 245 nəfər ölüb. Bölgədə sutka ərzində 33 min 760 yoluxma, 2 min 909 ölüm faktı qeydə alınıb.
Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi-Sakit okean regionunda ötən gün 125 min 571 nəfər yoluxub və 4 min 239 nəfər ölüb.
ÜST-nin ölkələr üzrə dərc etdiyi cədvəldə daha çox xəstələnmə halı ABŞ-da qeydə alınıb – 604 070. Sonrakı yerlərdə İspaniya (177 633), İtaliya (165 155), Almaniya (130 450), Fransa (105 155), Böyük Britaniya (98 480), Çin (83 797), İran (76 389), Türkiyə (69 392) və Belçika (33 573) gəlir.
Yeni növ koronavirusun yaratdığı xəstəlik 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb və tezliklə əksər ölkələrə yayılıb. ÜST bunu pandemiya kimi tanıyıb.