Ötən ilin 11 ayı ərzində Azərbaycanda 129 min 183 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.
Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəmdir.
Ötən ilin yanvar-noyabr aylarında ölkədə 50 min 796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.