Ötən il müdafiə xərclərinə nə qədər vəsait sərf olunub?

0
289

2020-ci ildə müdafiə xərclərinə ayrılan vəsait büdcədə nəzərdə tutulan məbləğdən 639,3 milyon manat çox olub.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Belə ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 milyard 787,5 milyon manat müdafiə xərclərinə qarşı 4 milyard 426,8 milyon manat vəsait ayrılıb.

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 72,6 milyon manat və ya 36,1 faiz çoxdur.