
“Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 118 milyon manatlıq ziyandan 39 milyon manatdan artığı ödətdirilib”.
Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair keçirilən geniş kollegiya iclasında deyib.
O deyib ki, qurumun İstintaq idasrəsində 87 milyon manat ziyan müəyyən edilib, 45 milyon manat ödətdirilib: “Rayon prokurorluqlarında 21 milyon ziyan müəyyən olunub, lakin 9,6 faiz ödənilmə var”.